Türkiyə Superliqasının “Beşiktaş” – “Kasımpaşa” matçından sonra maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, qarşılaşma bitdikdən sonra komandanın avtobusuna doğru hərəkət edən “ağ-qaralar”ın futbolçusu Demba Ba yaxınlıqdakı məsciddən azan səsini eşidib və avtobusa minməyərək namaz qılmağa gedib.
Avtobusa minən digər oyunçular isə seneqallı futbolçunu gözləyiblər. Avtobus Demba Banın namazını bitirməsindən sonra yola düşüb.
