AZAL-ın mövsümlərarası fasilədəki hazırlıq planı məlum olub.
Korner.az-ın məlumatına görə, komandanın əsas heyəti iyunun 17-də bir araya gələcək. 2 gün müddətində tibbi baxışdan keçəcək futbolçular iyunun 20-dən 30-dək Şüvəlanda toplanış keçəcək.
Hazırlığın 2-ci mərhələsi üçün Türkiyənin İsparta şəhərinə yollanacaq AZAL-ın iyulun 2-dən 12-dək qonşu ölkədə toplanış keçəcək. Bu hazırlıqlar çərçivəsində 3 yoxlama görüşü keçirməsi nəzərdə tutulub. Bu sınaq matçları iyulun 6, 9 və 12-də baş tutacaq.
Qısamüddətli istirahətdən sonra hazırlığın 3-cü mərhələsi keçiriləcək. İyulun 16-da Türkiyənin Bolu şəhərində start götürəcək toplanış ayın 28-də başa çatacaq. Bu müddətdə 4 yoxlama görüşü nəzərdə tutulub. Bu matçlar ayın 18, 21, 24 və 28-də keçiriləcək. Paytaxt təmsilçisi iyulun 29-da vətənə dönəcək və çempionatın ilk turuna qədər hazırlığını öz bazasında davam etdirəcək.
Qeyd edək ki, “təyyarəçilər”in yoxlama görüşlərindəki rəqiblərinin adları hələ dəqiqləşməyib.
pfl.az
