"AZAL çox gözəl oyun oynadı və layiqli qələbə qazandı. "Qarabağ" bu oyunda heç özünə bənzəmədi. AZAL fantastik oynadı və ağlagəlməz hesabla qələbə qazandı".
Bu sözləri Korner.az-a açıqlamasında AZAL klubunun futbolçusu Ruslan Tağızadə deyib. Gənc futbolçu adının heç "18"liyə belə salınmamasına bu cür münasibət bildirdi:
"Məşqçinin fikirinə hörmətlə yanaşıram. AZAL-ın forması ilə "Kəpəz"lə oyunda 4 dəqiqə meydanda oldum və debütüm elə bundan ibarətdi. Buna da debüt demək olmaz. Heç bir səbəb yox idi. Sadəcə məşqçi adımı siyahıya salmamışdı".
