AZAL daha iki futbolçuya qapını göstərib.
Korner.az-ın məlumatına görə, bu dəfə "təyyarəçilər"dən ayrılan futbolçular Rəhman Musayev və Səbuhi Həsənov olub.
Hər iki futbolçu ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub.
Bununlada AZAL-dan ayrılanların sayı 7-yə çatıb.
Qeyd edək ki, paytaxt klubu bundan öncə Yasin Abbasov, Aqil Nəbiyev, Etibar Şahmərdanov, Artur Patraş və Arif İsayevlə vidalaşmışdı.