AZAL transfer şousu göstərib.
Korner.az-ın məlumatına görə, Bakı klubu 6 transferi eyni anda rəsmiləşdirib.
Bunlardan 3-ü yerli futbolçulardı. Belə ki, "təyyarəçilər" "Rəvan"dan gələn Rəşad Abdullayev (yarımmüdafiəçi), "Simurq"dan dönən Orxan Səfiyaroğlu (yarımmüdafiəçi) və "Sumqayıt"dan ayrılan Elçin Sadıqovla (qapıçı) müqavilə imzalayıb.
Onlarla yanaşı, 3 legionerlə də anlaşma imzalanıb. Heyətə qatılan Laşa Kasradze Gürcüstanın "VİT Georgia" (yarımmüdafiəçi), Axtam Xamrokulov Tacikistanın "Reqar-TadAZ" (hücumçu), Nedo Turkoviç isə Qazaxıstanın "Akjayık" (hücumçu) klublarından gəlib.
Rəşad Abdullayevlə 1,5 illik müqavilə bağlayan AZAL digər futbolçularla 2,5 illik anlaşma imzalayıb.