big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Azərbaycanda çalışdığım müddətdə belə oyun görməmişdim” – (MÜSAHİBƏ)

31.03.2013 , 07:37

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin müsahibəsi
 
– Avstriyada təşkil edilən turnirin qalibi oldunuz. İştirakçı komandaların səviyyəsini necə qiymətləndirirsiniz?
 – Komandamızda çox yaxşı ab-hava vardı. Avstriyada hava şəraitinin qeyri-sabit keçməsi və qar yağması məşq meydançalarının tez-tez dəyişməyimizə səbəb oldu. Buna baxmayaraq, komandada hər şey çox yaxşı idi. Həm məşqlərdə, həm də oyunlarda futbolçular əzmkarlıq nümayiş etdirirdilər. Seçmə oyunlar öncəsi 20-23 futbolçunun tapdığımızı qeyd etmək olar.
 
– Oyunları ayrı-ayrılıqda bizim üçün analiz edə bilərsinizmi?
 – İlk oyunda Macarıstanın “Haladas” komandası ilə qarşılaşdıq. İlk 15 dəqiqədə heç də yaxşı təsir bağışlamadıq. Ancaq sonradan meydanda nəzarəti tam ələ aldıq. Nəticədə iki gözəl qol vurub qələbə qazandıq. Bu cür turnirlərdə ilk oyunda qələbə qazanmaq komandanın özünə inamı baxımından əhəmiyyətlidir. İkinci oyunda Gürcüstan yığması ilə qarşılaşdıq. Açığı gürcülərlə qarşılaşmada belə bir oyun gözləmirdim. Hər iki komanda risk edirdi. Gürcüstanda fərdi ustalıq baxımından yaxşı oyunçular vardı. Onların bir çox oyunçusu Rusiya, Danimarka, Hollandiya klublarında forma geyinirlər. Turnirin ən yaxşı komandalarından biri idi. Azərbaycanda çalışdığım müddətdə U-21-dən belə gözəl oyun görməmişdim. Etiraf edim ki, son oyunda komandam o qədər də yaxşı təsir bağışlamadı. Çünki son görüş ərəfəsində uşaqlarda yorğunluq hiss olunurdu. Ancaq nəticədən razı qaldım. 9 gündə üç oyun keçirmək asan deyil. Ona görə uşaqlarda yorğunluq hiss olunurdu.
 
– Oyunlar zamanı hansı müsbət məqamlar sizi daha çox sevindirdi?
 – Ən əsası komandada ab-hava çox yaxşı idi. Şübhəsiz, futbolçuların bir-birlərinə yaxşı münasibəti meydanda da müsbət mənada özünü büruzə verir. 
 
– Çatışmazlıqlar haqda danışarkən nələri qeyd etmək istərdiniz?
 – Müdafiə xəttində ciddi problemimiz yoxdur. Ancaq bildiyiniz kimi, hücumçu baxımından problemlərimiz var. Həmçinin hücumameyilli futbolçu axtarışındayıq.
 
– Yanvarda Antalyadakı seleksiya xarakterli təlim-məşq toplanışına cəlb etdiyiniz futbolçulardan hansılar U-21-ə kömək edə bilər?
 – Bəli, həmin seleksiya xarakterli toplanışda üç futbolçu U-21-ə dəvət olundu. Onlar Fuad Bayramov, Taşkın İlter və Fatih Şanlıdır. Ümid edirəm hər üç futbolçunun komandamıza köməyi olacaq.
 
– Avropa çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində heyətin tam formalaşdığını demək olarmı?
 – Heç vaxt tam hazır olduğumuzu demək olmaz. Çünki komandanı inkişaf etdirmək üçün daim axtarışlar edirik. Bəzi mövqelərdə hələ beynəlxalq səviyyəyə çatmamışıq. Az əvvəl qeyd etdiyim kimi müdafiə xəttindən çox razıyam. Hazırda komandanın tam formalaşdığını demək çətindir.
 
– Hazırkı U-21-də çıxış edən futbolçuları siz çalışdığını dövrlərin ən yaxşı komandası adlandırmaq olarmı?
 – Əvvəlki komandalarda fərdi ustalıq baxımından yaxşı futbolçular olub. Hazırkı komandada mentalitet və əzmkarlıq baxımından ən yaxşı nəsil cəmləşib.
 
– Yaxın gələcəklə bağlı planlarınız nədir?
 – Bildiyiniz kimi, apreldə Premyer Liqanın gərgin oyunları olacaq. Ona görə toplanış keçə bilməyəcəyik. Demək olar ki, Avstriyadakı hazırlığımız AÇ-nin seçmə oyunları öncəsi bizim son təlim-məşq toplanışı oldu. Ancaq bununla kifayətlənmək istəmirik. Seçmə oyunlar öncəsi AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəyəm. Ola bilsin ya Bakıda, ya da ölkə xaricində hazırlıq keçək.
 
– AÇ-nin seçmə mərhələsində U-21 Portuqaliya, Norveç, İsrail və Makedoniya yığmaları ilə eyni qrupda yer alıb. Rəqiblər haqda informasiya əldə edə bilmisinizmi?
 – Bizim kimi, rəqiblərimiz də yoldaşlıq oyunları keçiriblər. İnternet vasitəsilə rəqiblərimiz haqda informasiya toplayırıq. Onların yoxlama oyunlarının disklərini əldə edib güclü və zəif cəhətlərini müəyyənləşdirəcəyik.

Son yazılar

To Top