Azərbaycan millisi Dünya Kubokunun finalında
15.04.2023 , 13:41
Daşkənddə Azərbaycan komandasının iştirakı ilə bədii gimnastika üzrə Dünya Kuboku start götürüb.
Korner.az xəbər verir ki, turnirin ilk gününün yekunlarına əsasən, ikinci heyətlə təmsil olunan qrup hərəkətləri komandası beş halqa ilə finala yüksəlib.
Leyla Əliyeva, Səkinə İbrahimbəyli, Fatimə Məmmədzadə, Zöhrə Paşazadə, Nərgiz Ramazanova və Fidan Yusifzadədən ibarət komanda üçün bu, mövsümün ikinci Dünya Kubokudur.