Azərbaycanlı futbolçu Polşa klubunda
11.02.2022 , 12:18

Daha bir azərbaycanlı futbolçu karyerasını Polşada davam etdirəcək.
Korner.az-ın məlumatına görə, Riad Abbaszadə sözügedən ölkənin 4-cü divizion təmsilçisi “Oskar”a keçib.
22 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Riad Abbaszadənin son klubu “Qarabağ” olub. O, Ağdam təmsilçisinin əvəzedici komandasında oynayıb. Abbazadə “Qarabağ”dan mövsümün əvvəlində ayrılıb. Futbolçu U-19 millimizdə də çıxış edib.
