Azərbaycanın qadınlardan ibarət U-17 millisi də UEFA-nın turnirinə qatılacaq
23.04.2024 , 16:51

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində iştirak edəcək.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Xatırladaq ki, 17 yaşadək kişi futbolçulardan ibarət Azərbaycan millisi də bu turnirdə iştirak edəcək.
