Azərbaycanda yenicə fəaliyyətə başlayan "Transfermarket" menecer şirkətinin nümayəndələri ölkə futboluna yeni legioner qazandırmaq üçün səfərə hazırlaşır.
Bu barədə Korner.az-a şirkətin nümayəndəsi Rəsul Şükürsoy məlumat verib. Şükürsoy bildirib ki, "Transfermarket"in iki nümayənsi – o və İman Həsənov mayın 8-də Ukraynaya yola düşəcək. Şirkət rəsmiləri səfər çərçivəsində Ukrayna çempionatının 3 oyununu izləyəcəklər. Bunlardan ikisi bəllidi: "Çernomorets" – "Obolon" və "Odessa" – "Bukovina". Menecerlərin izləməyi planlaşdırdıqları üçüncü oyunun hansı olacağı isə Ukraynaya çatdıqdan sonra müəyyənləşəcək.
