Azərbaycanın 5 boksçusu Avropa çempionatında 1/4 final döyüşünə çıxır
23.04.2024 , 15:00

Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında (15 aprel – 29 aprel) bu gün Azərbaycanın 5 qadın boksçusu rinqə çıxacaq.
Korner.az xəbər verir ki, onların hər biri 1/4 final qarşılaşmaları keçirəcəklər.
48 kq. Anaxanım İsmayılova – Sevda Yuliyanova (Bolqarıstan)
50 kq. Marjona Savriyeva – Nina Radovanoviç (Serbiya)
52 kq. Zeynəb Rəhimova – Venelina Poptoleva (Bolqarıstan)
57 kq. Məhsəti Həmzəyeva – Svetlana Kamenova (Bolqarıstan)
66 kq. Şəhla Allahverdiyeva – Milena Matoviç (Serbiya)
Qeyd edək ki, 1/4 finalın qalibi ən azı Avropa çempionatının bürünc medalını təmin edəcək.
Xatırladaq ki, daha öncə Azərbaycan boks millisinin üzvlərindən kişi boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksələ bilib.
