Azərbaycan yığmasının qrupdakı rəqibləri məlum oldu
04.04.2024 , 16:28

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatının püşkü atılıb.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının da qrupdakı rəqibləri bəlli olub.
Belə ki, komandamız F qrupunda Fransa, İtaliya və Avstriya ilə mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər keçiriləcək.
Gununsesi.info
