Bu gün Batumidə Azərbaycan və Gürcüstanın ali futbol qurumlarının rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.
Korner.az-ın "Trend" agentliyinə istinadən yaydığı xəbərə görə, GFF-nin prezidenti Zviad Siçinava bildirib ki, mətbuat konfransında futbol üzrə 2020-ci il Avropa çempionatına Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etməsi ilə bağlı hazırlıqlarının ümumi proqramı təqdim olunacaq.
Gürcüstan və Azərbaycan artıq "Avro 2020"-nin birgə ev sahibliyinə dair ərizəni UEFA-ya təqdim edib.
Z.Siçinavanın dediyiən görə, bir ay ərzində AÇ-yə hazırlıq üzrə bütün məsələləri həll edəcək Gürcüstan-Azərbaycan birgə komissiyası yaradılacaq.
"Biz AÇ-nin keçirilməsi üçün tələblərin bütün siyahısını almışıq və bu komissiya konkret məsələlərlə məşğul olacaq: çempionatın keçirilməsi üçün hansı stadionlar, mehmanxanalar, infrastruktur lazımdır. Biz AÇ-yə ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə ciddi köklənmişik", – deyə o qeyd edib.