Azərbaycan üzgüçüsü Avropa çempionatının finalında
06.07.2022 , 10:40
![](https://korner.az/wp-content/uploads/2022/07/C0AB2A91-F58C-4C65-B28F-08B1E0F9C445.jpeg)
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb.
Federasiyadan Korner.az-a verilən məlumata görə, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.
Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb.
Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start verəcək.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)