Azərbaycan Monteneqroya məğlub oldu
03.04.2024 , 18:51

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində B Liqasının 4-cü qrupunda ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki komanda Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Latviyanın Salaspils şəhərindəki “Slaspils BSS” stadionunda keçirilən oyun Azərbaycan millisi 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu Bolqarıstana qarşı keçirəcək. Aprelin 6-da, “Salaspils BSS” stadionunda olacaq görüş saat 14:00-da başlayacaq.
