Azərbaycan millisinin Ermənistanla oyununun vaxtı müəyyənləşdi
18.07.2023 , 16:40
![](https://korner.az/wp-content/uploads/2023/07/CA6DE1EC-7782-49D2-B9A0-D5B8EA9E4766.jpeg)
16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək.
B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, iyulun 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq.
Yığmanın ilk iki matçı Bakı vaxtı ilə saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)