Futbol

Azərbaycan millisi turnirin qalibi oldu

28.05.2012 , 05:39

Eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqada təşkil olunmuş beynəlxalq turnirin qalibi adını qazanıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin son oyununda bu gün Latviya yığması ilə qarşılaşan komandamız 6:3 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, yığmamız bu turnir çərçivəsində mayın 25-də Litva komandasını 10:3, mayın 26-da isə Estoniya yığmasını 20:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Son yazılar

Yuxarı