Azərbaycan millisi gürcülərə məğlub oldu
27.01.2020 , 17:23

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 0:1 hesabı ilə məğlub olub.
Bu komandalar arasında növbəti oyun yanvarın 29-da keçiriləcək.
