Azərbaycan millisi birinci oldu
19.02.2024 , 09:03

Korner.az xəbər verir ki, son yarış günündə Azərbaycan idmançıları 1 cüt medal qazanıblar.
Belə ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) qızıl, Camal Qamzatxanov (+100 kq) gümüş, Vüqar Talıbov (90 kq) isə bürünc medal əldə ediblər.
Bununla da milli komanda yarışı 8 medalla başa vurub.
Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc mükafat qazanıblar.
Beləliklə, Azərbaycan millisi medal sıralamasında birinci olub.
