17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 18 – 27 sentyabr tarixlərində İspaniyanın Valensiya şəhərində təlim-məşq toplanışı keçirəcək.
Korner.az-ın məlumatına görə, sentyabrın 28-dən oktyabrın 7-dək olan müddətdə isə yığmamız İspaniyanın Alikante şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.
Turnirdə iştirak edəcək komandaları və yığmamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
A qrupu: Meksika, Rusiya, Mərakeş, Kanada
B qrupu: ABŞ, Azərbaycan, BƏƏ, Gürcüstan
29 sentyabr, saat 19:00
ABŞ – Azərbaycan
30 sentyabr, saat 13:00
BƏƏ – Azərbaycan
1 oktyabr, saat 21:00
Azərbaycan – Gürcüstan
