Ölkə Kuboku

Azərbaycan kubokunun sahibi “Bakı” oldu! – YENİLƏNİB

17.05.2012 , 17:08

Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. Korner.az-ın məlumatına görə, "Daığa Arena"da "Neftçi" "Bakı" ilə qarşılaşıb.

Premyer Liqanın qalibi olan "Neftçi" kuboku qazanmaqla "Qızıl dubl" etmək arzusunda idi. Lakin indiyə kimi 5 dəfə Azərbaycan kubokunu qazanmış "Neftçi" bu dəfə  büdrəyib.

 "Bakı" ilk yarıda "flaqman"ın qapısına 2 dəfə yol tapıb. Əvvəlcə 8-ci dəqiqədə Koke 25-ci dəqiqədə isə Juniorun vurduğu qollar, paytaxtın eyni adlı komandasına Azərbaycan kubokunu qazandırıb.

17 may (cümə axşamı)

Azərbaycan kuboku, final matçı

20:00. "Neftçi" – "Bakı" 0:2 
Bakı. "Dalğa Arena"
Qol: Koke (8), Junyor (26)
Qırmızı vərəqə: Denis Silva (79)

Son yazılar

Yuxarı