Azərbaycan çempionatlarında bir dəqiqəlik sükut olacaq
08.02.2023 , 13:50

Fevralın 9-da, 10-da və 12-də baş tutacaq futzal üzrə Yüksək, Birinci və İkinci liqaların oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında deyil, Olimpik Starda keçiriləcək.
Korner.az xəbər verir ki, bununla əlaqədər fevralın 10-da keçiriləcək oyunların vaxtında da dəyişiklik edilib.
Bundan əlavə, Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi Azərbaycan Futzal Federasiyasının bayrağı altında keçirilən liqalarda 1 dəqiqəlik sükutla anılacaq.
