2012-2013 mövsümündə Azərbaycan çempionatında yeni klublar çıxış edəcək.
Korner.az-ın məlumatına görə, yeni mövsümdə I divizionda mübarizəyə yeni yaradılmış klublar qoşulacaq.
Artıq onlardan bəzilərinin təmsil edəcəkləri bölgələr müəyyənləşib. Belə ki, 2012-2013 mövsümündə Astara, Ağsu və Abşeronun komandaları I divizionda çıxış edəcək.
Qeyd edək ki, Astarada yaradılan yeni futbol klubunun adı “Sərhədçi”di. Kluba “Xəzər Lənkəran”ın əvəzedici komandasının və “Masallı”nın sabiq baş məşqçisi Fazil Əsədov başçılıq edəcək.