Azərbaycan milli komandasının Andorra yığması ilə qarşıdakı yoldaşlıq görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb. Korner.az-ın məlumatına görə, mayın 30-da Frankfurtda keçiriləcək matç yerli hakimlərə tapşırılıb. Almaniyalı FİFA hakimi Mikael Veynerə həmyerliləri Holger Hensçellə Kristof Bornhorst yardımçı olacaq. Dördüncü hakim lüksemburqlu Laurent Kopriva təyin olunub.
Qeyd edək ki, Bakı vaxtilə saat 20:00-da başlayacaq Azərbaycan – Andorra oyunu “Viktoria Kelsterbach” stadionunda keçiriləcək.
