Azər Əliyevin son durumu bilindi
05.08.2023 , 16:50

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də keçirilmiş “Neftçi” – “Jelezniçar” matçında (2:0) zədələnmiş futbolçu Azər Əliyev müayinədən keçib.
Korner.az xəbər verir ki, bununla bağlı komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
“Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur. Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.
