Ayxan Abbasov üçün əlamətdar oyun
03.05.2023 , 15:24
![](https://korner.az/wp-content/uploads/2023/05/90633572-9946-45AE-BBC6-E61C1CAFE2E4.png)
Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb.
Korner.az PFL-ə istinadən xəbər verir ki, “Turan Tovuz”un çalışdırıcısının yubileyi Azərbaycan Premyer Liqasının XXXII turuna təsadüf edib. 42 yaşlı mütəxəssisin yubileyi “Zirə” ilə səfər matçında gerçəkləşib – 3:1.
Baş məşqçi karyerasına 2017-ci ildə Zirənin eyniadlı təmsilçisində başlayan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə üç xal sevinci yaşayıb. Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib. O, baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)