“Ayntraxt” onu birdəfəlik aldı
26.04.2024 , 19:27

“Ayntraxt” PSJ-dən icarəyə götürdüyü Uqo Ekitikeni birdəfəlik alıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı fransız futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
O, “Ayntraxt”ın heyətində 12 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.
