Ayın ən yaxşısı məlum oldu
30.03.2024 , 11:55

İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Real”ın hücumçusu Vinisius Juniordur.
23 yaşlı oyunçu “Barselona”dan Robert Levandovskini, “Real Sosyedad”dan Bris Mendeşi, “Vilyarreal”dan Aleksandr Serlotu və “Atletik”dən Qorka Qorosetanı qabaqlayıb.
Futbolçu ümumilikdə bu mövsüm 27 oyun keçirib, 18 qol vurub və 8 qolun ötürməsini edib.
