Ayın ən yaxşısı
13.03.2023 , 19:37

İtaliya A Seriyasında fevral ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliyadır.
22 yaşlı vinger ötən ay meydana çıxdığı 4 oyunda 3 qol vurub.
Kvaratsxeliya bu mövsüm ikinci dəfədir A Seriyasında ayın ən yaxşı futbolçusu seçilir. O, avqust ayının da ən yaxşısı elan edilmişdi.
