“Ayaks”dan “Sevilya”ya transfer oldu
17.01.2019 , 13:16

İspaniyanın “Sevilya” klubu növbəti transferini reallaşdırıb.
Əndəlüsiyalılar “Ayaks”ın müdafiəçisi Maksimilian Veberi 10,5 milyon avro qarşılığında transfer edib. Avstriya millisinin üzvüylə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Amsterdam klubu 20 yaşlı müdafiəçini 2017-ci ildə “Rapid”dən 7,5 milyon avroya almışdı.
