Uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük proyektlər həyata keçirən "Qəbələ" daha bir möhtəşəm layihənin reallaşdırılmasına hazırlaşır. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbolunun dünyada tanıdılması və Avropa futboluna inteqrasiyanı prioritet hesab edən klub 30 may – 04 iyun tarixlərində Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir təşkil edəcək.
Avropanın öndə gedən klublarının – “Vilyareal”, “Levante” (hər ikisi İspaniya), “Galatasaray” (Türkiyə), “Feyenord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya Yığma Komandasının iştirakı ilə baş tutacaq I QƏBƏLƏ KUBOKU turnirində Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunacaq.
