Avropada yeni oyun alqı-satqısı məsələsi qalxıb.
Korner.az xəbər verir ki, bu dəfə hadisələr Moldovada baş qaldırıb.
Kişinyov şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin ən tanınmış klublarından olan "Zİmbru"nun ofisində axtarışlar aparıblar. İddialara görə, klub rəhbərliyi və bir neçə futbolçu oyun alverində şübhəli bilinir. Bir neçə oyunçunun evində də axtarışlar aparılıb. "Zimbru"nun ortaqlarından olan və hazırda Moskvada olan Adlan Şişxanov məlumatı təsdiqləyib.
Moldova mətbuatının yazdığına görə, ölkənin daha üç klubunun – "Daçiya", "Sfıntul George" və "Kostulen"in adı da oyun alqı-satqısında hallandırılır.
