“Federbet” dərnəyinin hesabatında Avropanın bir sıra ölkələrində oyun alğı-satqısı aşkarlanıb.
Korner.az-ın məlumatına görə, ən çox Kipr, İngiltərə, Litva, Latviya, İsveç və İtaliyadakı oyunlarda saxtakarlıqlar aşkarlanıb. Belə ki, Avropada bu mövsüm 57 matçda oyun alğı-satqısı aşkarlanıb, 150 matçın isə şüphəli olduğu bildirilib.
2 basketbol, 3 tennis və 1 həndbol qarşılaşmasında da oyun alğı-satqısı aşkarlanan hesabatda fevral ayından bu yana ümumilikdə 680 müsabiqədə hiylə aşkarlandığı bildirilib. Bu oyun alğı-satqılar nəticəsində ümumilikdə 8 milyon avro gəlir əldə edən bir qanunsuz təşkilat aşkar edilib.
