Avropa Liqasında həftənin ən yaxşısı məlum oldu
12.04.2024 , 21:06
Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Atalanta”nın futbolçusu Canluka Skamakkadır.
O, səsvermədə Yonas Hofmann (“Bayer”), Rafa Silva (“Benfika””) və Paulu Dibalanı (“Roma”) qabaqlayıb.
İtaliyalı forvard Avropa Liqasının 14 finalında “Liverpul”la səfər matçında (3:0) dubla imza atıb.
