Avropa Liqasında qalib məlum oldu
23.05.2024 , 01:00

Bu gün UEFA Avropa Liqasının qalibi məlum olub.
Korner.az xəbər verir ki, həlledici görüşdə “Bayer” və “Atalanta” üz-üzə gəlib.
“Dublin Arena”da baş tutan qarşılaşmada “Atalanta” qalib gəlib – 3:0.
Bununla da berqamolular tarixlərində ilk dəfə bu turnirin qalibi olublar.
Avropa Liqası
Final
22 may
23:00 Atalanta (İtaliya) – Bayer (Almaniya) – 3:0
Baş hakim: İştvan Kovaç (Rumıniya)
“Dublin Arena”, İrlandiya.
