Avropa liqası

Avropa Liqası: “Atletik” – “Atletiko” finalı – YENİLƏNİB

26.04.2012 , 21:19

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Korner.az-ın məlumatına görə, hər iki qarşılaşma eyni gündə baş tutub.

İlk görüşdə "Atletiko"ya (Madrid) 2:4 hesabı ilə məğlub olan "Valensiya" cavab qarşılaşmasında da, supriz edə bilməyib.  Doğma divarlar arasında rəqibinə 0:1 hesabı ilə məğlub olan "yarasalar" Avropa Liqası macərasını yarımfinal mərhələsində bitirməli oluub.

Gecənin digər matçı da İspaniya da baş tutub. Burada yerli "Atletik" (Bilbao), "Sportinq"i qəbul edib. Final mərhələsinə yüksəlmək üçün ispanlar ən azı iki top fərqi ilə qələbə qazanmalı idilər ki, bunu da bacarıblar.

Bununla belə UEFA Avropa Liqası turnirinin final mərhələsində "Atletiko" (Madrid) və "Atletik" (Bilbao) komandaları üz-üzə gələcəklər.

26 aprel

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları

00:05. "Valensiya" (İspaniya) – "Atletiko" (Madrid, İspaniya) (ilk oyun – 2:4) – 0:1 
Qol: 
Adrian, 60 (0:1)

Qırmızı vərəqə: Tiaqo, 79 ("Atletiko")



00:05. "Atletik" (Bilbao, İspaniya) – "Sportinq" (Portuqaliya) (ilk oyun – 1:2) – 3:1 
Qollar: 
Laskurain, 17 (1:0), Qomez, 45 (2:1), Lorente, 88 (3:1) // Volfsvinkel, 44 (1:1),

Son yazılar

Yuxarı