Avropa liqası

Avropa Liqası: “İnter”lə “Mançester Yunayted” yarımfinalda

11.08.2020 , 01:50

Avropa Liqasında 1//4 final mərhələsinə start verilib.

Almaniyada təşkil edilən 1/4 finalın ilk oyun günündə iki matç keçirilib.

Bir görüşdən ibarət olan mərhələdə “İnter” “Bayer”ə, “Mançester Yunayted” isə “Kopenhagen”ə qalib gələrək yarımfinala çıxıb.

Avropa Liqası
1/4 final

23:00 “İnter” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – 2:1
Qollar:
Barella, 15, Lukaku, 21 – Haverts, 24

23:00 “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol:
Brunu Fernandeş, 94 (pen.)

Son yazılar

Yuxarı