Avropa çempionu müharibədə həlak oldu
08.05.2024 , 11:00

Ukraynalı idmançı Aleksandr Peleşenko ölkəsində Rusiya ordusuna qarşı gedən müharibədə həlak olub.
Korner.az-ın məlumatına görə, ağır atletika üzrə ikiqat Avropa çempionunun ölüm xəbərini məşqçisi verib.
Peleşenko müharibə başlayandan – 2022-ci ildən ordu sıralarına qoşulub.
