big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Avrokuboklara gedən komandalarımızda oruc tuturlar? – SORĞU

21.06.2015 , 15:20

Bir neçə gündür İslam dünyasının müqəddəs hesab olunan və “11 ayın sultanı” adlandırılan Ramazan ayını yaşamaqdayıq. Milyonlarla müsəlman bu ayda oruc tutur, yayın istisində 15-16 saat ac qalaraq Alllahdan günahlarının bağışlanmasını diləyir. Azərbaycanlı futbolçular arasında da dindar, oruc tutanların çoxluq təşkil etməsi heç kimə sirr deyil. Əlbəttə, tolerant ölkədə yaşayırıq, hər kəsin dini inanclarını sərbəst və azad şəkildə yaşamaq haqqı var. Amma məsələ bundadır ki, bir neçə həftə sonra klublarımız avrokuboklarda mübarizəyə başlayacaqlar. Görüşlərə və ya məşqlərə oruc tutaraq çıxacaq  futbolçular öz performanslarını lazımi səviyyədə nümayiş etdirə bilməyəcəklər. Elə bir neçə dəfə dietoloqlar idmanla məşğul olan şəxslərə oruc tutmağı məsləhət görməmişdi. Biz də öz növbəmizdə bu mövsüm üçün avrokuboklarda ölkəmizi təmsil edəcək 4 klubun (“Qarabağ”, “Neftçi”, “İnter” və “Qəbələ”)  mətbuat katibləri ilə əlaqə saxlayıb, sözçüsü olduqları klublarda oruc tutan futbolçuların olub-olmaması ilə maraqlandıq.

Anar Hacıyev (“Qəbələ”): “Komandada hər kəs oruc tutmaqda sərbəstdir. Bu hər kəsin inancı ilə bağlı məsələdir. Yəni, qadağa yoxdur. Ancaq oyundan bir gün öncə və oyun günü futbolçulara normal qidalanmaq tövsiyə olunur”.

Səbuhi Məmmədov (“İnter”): "Bizdə bu məsələ bağlı hər hansı tənzimləmə yoxdur. İnanc məsələsidir. Kim tutursa, özü bilər. Əsas odur ki, məşqlərdə və oyunlarda baş məşqçinin tapşırıqlarını layiqincə yerinə yetirsinlər. Hansı futbolçularımızın oruc tutduğu ilə bağlı məndə hər hansı məlumat yoxdur. Biz elə bir statistika aparmırıq. Dediyim kimi, bu oyunçunun şəxsi işidir”. 

Nurlan İbrahimov (“Qarabağ”): “Qarabağ”da dini baxımdan tamamilə tolerant düşüncə, vəziyyət hökm sürür. Təbii ki, istənilən futbolçu dinindən, əqidəsindən asılı olmayaraq, öz etiqadını yerinə yetirə bilər. Bəli, hal-hazırda da “Qarabağ” oruc tutan futbolçular var və onlar bunda tamamilə sərbəstdirlər. O ki qaldı oruc tutmağın insana təsirinə, 2009-cu ildən, bizim üçün “yeni era”nın başlanğıcından bəri, avrokubok matçlarımız əsasən orucluq günlərinə düşüb və Allahın izni ilə heç bir problem yaşamamışıq. Oruc psixoloji və mənəvi anlayışdır, bu baxımdan, onun bizə çətinlik yaradacağını düşünmürəm”.

Gündüz Abbaszadə (“Neftçi”): “Komanda hal-hazırda Avstriyadadır. Amma mən Bakıda olduğumdan, kimlərin oruc tutduğunu bilmirəm.  Bizim komandada hər zaman oruc tutan futbolçular olub. İnanmıram ki, oruc tutmaq futbolçuya mənfi təsir göstərsin. Çünki peşəkar futbolçular adətən oyun ərəfəsində, oruc tutmurlar”. 

P.S. Xatırladaq ki, bir neçə gün öncə Qafqaz Müsəlmanlarıı İdarəsinin sözügedən məsələ ilə bağlı fətvası yayılıb. QMİ-nin yayılan bəyanatında: “Ramazanda İslamın mücahid idmançısı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər. Bununla bağlı səhih mənbələrdə bildirilir ki, belə səbəblərdən oruc tuta bilməyən və ya orucunu pozmalı olan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidilər” sözlərinə yer verilib.

Ürfan Məmmədzadə

Son yazılar

To Top