“Bavariya”dan getdi
03.07.2024 , 14:36

Yusuf Kabadayının yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, gənc oyunçu “Bavariya”dan “Ausburq”a transfer olunub.
Bu barədə “Bild” məlumat yayıb.
Ötən mövsümü icarə əsasında 2-ci Bundesliqa təmsilçisi “Şalke 04″də keçirən Yusuf Kabadayı 24 matçda 4 qol vurub.
Bundesliqa təmsilçisi “Ausburq” ötən mövsümü 39 xalla 11-ci yerdə başa vurub.
Mina Musayeva
