Bu gün Avro-2012-nin qrup mərhələsində növbəti oyunlar keçirilib. Korner.az-ın məlumatına görə, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.
İlk oyunda meydana son dünya və Avropa çempionu İspaniya millisi çıxlb.. İspanların rəqibi İtaliya yığması idi. Avro-2012-nin əsas favoritləri olan komandaların bügünkü dueli maraqla gözlənilirdi ki, oyun 1:1 hesabı ilə başa çatıb.
Günün son qarşılaşmasında isə İrlandiya və Xorvatiya yığmaları üz-üzə gəlib. Türkiyə millisini "pley-off"da məğlub edərək turnirə vəsiqə qazanan xorvatlar İrlandiya seçmə komandasını 1:3 hesabı ilə məğlub etməyə müvəffəq olublar.
10 iyun
Avro-2012-nin qrup oyunları
C qrupu
21:00. İspaniya – İtaliya 1:1
Qollar: Fabreqas 64, // Di Natale 60
23:45. İrlandiya – Xorvatiya
1:3
Qollar: St. Ledcer 19 // Mandzukiç 3, 49, Jelaviç 43,
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)