Avro-2012-nin startına saatlar qalarkən Hollandiya millisinin məşqində qalmaqal yaşanıb. Korner.az-ın məlumatına görə, Polşanın Krakov şəhərində 25 min nəfərin izlədiyi açıq məşqdə millinin futbolçularından Qreqori van der Vil və Neycel de Yonq polşalı azarkeş tərəfindən irqçi şüarlarla təhqir olunublar.
“The Guardian”a danışan zambaqlar ölkəsinin kapitanı Van Bommel bununla bağlı UEFA-ya şikayət edəcəklərini bildirib:
"Bu cür hərəkətlə yolverilməzdi. Biz UEFA-ya şikayət edəcəyik. Əgər eyni hal oyunda da təkrarlansa, o zaman hakimdən komandaları meydandan çıxarmağı xahiş edəcəyik”