Polşa və Ukraynada keçiriləcək futbol üzrə 2012-ci il Avropa çempionatının mükafat fondu açıqlanıb. Korner.az-ın məlumatına görə, təşkilatçılar 196 milyon avro uduş müəyyənləşdiriblər.
Ümumilikdə qitə çempionatında iştirak qarşılığında komandaların hər biri 8 milyon avro qazanacaq. Hər qələbəyə 1 milyon, heç-heçəyə 500 min avro veriləcək. ¼ finalın bütün iştirakçıları hərəyə 2 milyon avro, yarımfinalçılar hərəyə 3 milyon avro irəli düşəcəklər. Avropa çempionu adını qazanacaq yığma isə maksimum məbləğdə mükafata – 23 milyon avroya sahib olacaq.
Qeyd edək ki, iyunun 8-də start götürəcək Avropa çempionatına iyulun 1-də yekun vurulacaq.
