Bu gün Ukrayna və Polşanın birgə təşkilatçlığı ilə keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində ikinci turun növbəti oyunları keçirilib. Korner.az-ın məlumatına görə, yeddinci oyun günündə daha iki qarşılaşma baş tutub.
C qrupunda ilk qarşılaşma İtaliya ilə Xorvatiya arasında keçirilib. Pirlonun qolu ilə irəli keçsə də, italyanlar hesabı sonadək qoruya bilməyiblər. Günün digər qarşılaşmasında İspaniya İrlandiyanı sınağa çəkib. Prineylilər bu görüşdə rəqibinə heç bir şans vermədən 4 qola imza atıblar.
14 iyun
Avro-2012-nin qrup oyunları
21:00. İtaliya – Xorvatiya 1:1
Qollar: Pirlo, 39 // Mandjukiç, 72
23:45. İspaniya – İrlandiya 4:0
Qollar: Torres, 4, Silva, 49, Torres, 70, Fabreqas, 83
