Bu gün Avropa çempionatında növbəti 1/4 final həyacanı yaşanıb.
Korner.az-ın məlumatına görə, son Avropa və dünya çempionu İspaniya millisi Fransa ilə qarşılaşıb. Qrup birinciliyini təmin edərək 1/4 finala yüksələn Del Boskenin rəhbərlik etdiyi komanda turnirin əsas favoritlərindən sayılırdı. "Buğalar" Fransa millisinə Xabi Alonzonun vurduğu 2 qolla qalib gəlib. Bununla da növbəti yarımfinalçı İspaniya millisi olub.
AVRO-2012
Final mərhələsi
1/4 final
23:45. İSPANİYA – FRANSA 2:0
Qol: Xabi Alonso (19), (90)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Donetsk. “Donbass-Arena” stadionu
