Polşa və Ukraynada təşkil olunan Avro-2012-də ilk matçını keçirən İspaniya millisi İtaliya ilə qollu sülhə razılaşdı. Korner.az-ın məlumatına görə, Polşanın Qdansk şəhərindəki "PGE Arena"da baş tutan oyundan sonra İspaniya millisinin baş məşqçisi Visente De Boske meydançanın durumundan şikayətlənmişdi. Hətta buna görə ispanlar UEFA-ya şikayət məktubu ünvanlayıb.
Məktubda iddia olunur ki, hələ oyundan bir gün öncə məşq vaxtı meydanın vəziyyəti yaxşı olmayıb. Oyun vaxtı isə vəziyyət daha da pisləşib. Əas səbəb kimi italyanlarla oyundan öncə qazonun düzgün sulanmamasıgöstərilir.
