Bu gün Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatının final oyunu baş tutub.
Korner.az-ın məlumatına görə, AVRO-2012-nin qalibinin adına aydınlıq gəlib. Visente Del Boskenin başçılıq etdiyi İspaniya yığması İtaliya ilə qarşılaşıb. "Buğalar" rəqibini meydana çıxmağa peşman ediblər.
Belə ki, ispanların heyətində David Silva hesabı açıb. Daha sonra ardıcıl olaraq Yordi Alba, Fernando Tores və Xuan Mata fərqlənib. 4:0 hesabı ilə qələbə qazanan İspaniya, rəqibini biabır edərək AVRO-2012-nin qalibi adını qazanıb.
AVRO-2012
Final
23:45. İSPANİYA – İTALİYA 4:0
Qollar: David Silva (14) , Yordi Alba (41), Fernando Tores (82), Xuan Mata (88)
Baş hakim: Pedro Proensa (Portuqaliya)
Kiyev. “Olimpiyski” stadionu
