"Bavariya" klubu AVRO-2012-də Xorvatiya millisinin heyətində uğurlu çıxışı ilə yadda qalan Mario Mandzukiçi heyətinə qatıb.
Korner.az-ın məlumatına görə, informasiyanı klubun rəsmi saytı da təsdiqləyib. Belə ki, sabiq "Volsburq"lu futbolçu ilə 4 illik müqavilə bağlanıb. Lakin futbolçunun transfer qiyməti hələ də sirr olaraq qalır.
Qeyd edək ki, Mandzukiç ötən mövsüm "Volsburq"un heyətində çıxdığı 32 matçda 12 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub
