Bu gün Avro-2012 çərçivəsində baş tutacaq Ukrayna – İngiltərə oyununa hər iki komandanın futbolçuları qara sarğı ilə çıxacaqlar. Korner.az-ın məlumatına görə, buna səbəb Ukrayna yığmasının məşqçisi Andrey Balın anasının, İngiltərə millisinin forvardı Denni Uelbek isə atasının vəfatı olub. Baş məşqçilər Oleq Bloxin və Roy Hocson onlara başsağlığı veriblər.
Qeyd edək ki, Donetskdəki “Donbass-Arena”da keçiriləcək İngiltərə – Ukrayna matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
