AVRO-2012-nin açılış matçında Polşa və Yunanistanın qarşı-qarşıya gəldiyi oyunda yeni bir rekord alınıb.
Korner.az-ın məlumatına görə, yunanların heyətində görüşün 44-cü dəqiqəsində Sokratis Papapulos gördüyü qırmızı vərəqə ilə, AÇ- turnirində ən tez meydandan qovulan futbolçu kimi tarixə düşüb.
Bundan əvvəl ki, turnirlərdə ən tez qırmızı vərəqə alan futbolçu, AVRO-1976-da Hollandiya millisinin heyətində Yohans Neskens olmuşdu. Futbolçu 75 -ci dəqiqədə "qırmızı" alaraq meydanı tərk etmək məcburiyyətində qalmışdı.
